Slimfit
  1. ƏDƏBİYYAT

Ağəli bəy Naseh - Görürəm

Ağəli bəy Naseh - Görürəm
Sakura

Ağəli bəy Naseh - Görürəm

Basıb alәmlәri bidadü әdalәt yoxdur, 
Qövllәr kizb, әmәl lәğv, sәdaqәt yoxdur, 
Hәsәdü büğzdәn özgә dәxi adәt yoxdur, 
Hiç bir kәsdә vәfa, sidqü dәyanәt yoxdur, 
Nasәza föhşü iza, qeybәtü böhtan görürәm.

Oldu mәnsux әcәb şәri-nәbi, fiqhi-üsul, 
Ülәma zümrәsinә mәnzil olub künci-xәmul, 
Olub avarә hәr işdәn, oturub zarü mәlul, 
Bunların yoxdu bahasına verәn bir qara pul, 
Çәkilib hәr biri bir guşәyә pünhan görürәm.

Rәvişi-әqlü hünәr dәhrdә mәfqud olmuş, 
Zöhdü tәqvavü әmәl mәslәki-nabud olmuş, 
Sәdә nәhs ad qoyub, nәhsdә mәsud olmuş, 
Dindәn söz danışan kimsәnә mәrdud olmuş, 
Әhli-dinin işini bisәrü saman görürәm.
 
Çәkilib hәr biri bir guşәyә әrbabi-әdәb, 
Matü heyran dayanıb, qönçә kimi açmaz lәb, 
İtib ortadә nәcabәt, yox olub әslü nәsәb, 
Kim ki, bir şapka geyib, gördü dә üç gün mәktәb, 
İddiasında onu saniyi-Loğman görürәm.

Tәzә şairlәr ilә oldu cahan malamal, 
Sözlәri hәrzәvü hәdyan, danışırlar naqqal, 
Şair olmaq dilәsәn bir neçә gün get qazet al, 
Ağzına hәr nә gәlirsә yazılan qazetә sal, 
Qazet övraqların hәrzәvü hәdyan görürәm.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR