Ağdaşda karantin qaydalarını pozan sahibkarlar cərimələndi
Ağdaş rayonunda icazəsiz olaraq obyekt işlədənlərə qarşı reydlər keçirilib.
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Ağdaş Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq tətbiq olunan xüsusi karantin rejiminə əməl etməyən, xüsusilə də icazəsiz və qeydiyyatdan keçməyən obyekt sahiblərinə qarşı reyd keçirilib.
Reyd zamanı obyekt sahibləri qeydiyyatdan keçməyi bilmədiklərini, bəziləri isə necə qeydiyyatdan keçməyi bilmədiklərini bəhanə gətiriblər.
İki gün davam edən reydlər zamanı 36 obyekt sahibi icazə almaq üçün müraciət edib. On bir sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət