Dərc edildi: Baxış sayı: 704
Ağdaşda asfalt-beton zavodu tikilir
Ağdaş rayonunun Dəhnəxəlil kəndi ərazisində yeni asfalt-beton zavodu inşa olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, istehsal gücü saatda 240 ton asfalt olacaq zavod “Asfalt Beton Zavod Körpü Bina Tikinti” MMC tərəfindən inşa olunur. Tam istehsal gücü şəraitində burada 100 nəfərdən çox işçi qüvvəsinin çalışacağı gözlənilir.
Artıq inşaat işlərinin yekunlaşmaq üzrə olduğu yeni istehsal obyekti ətraf ərazilərdə yol infrastrukturunun yaxşılaşmasına ciddi təsir göstərəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət