
Dərc edildi: Baxış sayı: 279
Ağdaşda 8 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu əsaslı təmir olunacaq - SƏRƏNCAM
Ağdaş rayonunun Davudlu–Binələr–Güvəkənd–Əmirarx–Qaradeyin–Eymur–Ərəbşəki–Ağcaqovaq avtomobil yolu əsaslı təmir olunacaq.
Ens.Az-ın məlumatına əsasən, bununla Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Sənədə əsasən, qeyd olunan yaşayış məntəqələrində 9 min nəfər əhali yaşayır.
Prezidentin Sərəncamına əsasən, yolun təmirinə 1,5 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılacaq.
загрузка...
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət