Slimfit
  1. AZƏRBAYCAN

Ağdamın işğalından 27 il ötür

Ağdamın işğalından 27 il ötür
Sakura

Ağdamın işğalından 27 il ötür

Azərbaycanın dilbər guşələrindən biri olan Ağdamın işğalından 27 il ötür

Ərazisinin 70 faizini itirən Ağdamın işğalı ilə Azərbaycan iqtisadiyyatı 13 milyard manat vəsait itirib. 40 min ha-dan çox əkin sahəsi olan və ölkənin ən iri aqrar rayonlarından sayılan Ağdamda indi 17 min ha sahədə əkin aparılır.

23 iyul 1993-cü ildə Qarabağ müharibəsinin ən geniş miqyaslı əməliyyatlarından biri baş verib. 1993-cü ilin iyun-iyul aylarında Gəncə və Bakıda baş verən hadisələr ermənilərə Qarabağ cəbhəsində hücum əməliyyatlarını genişləndirmək imkanı verir. Ağdam üzərinə edilən birinci hücum nəticəsiz qaldıqdan ermənilər qüvvəni Ağdərə istiqamətində cəmləşdirir. İyunun 26-da Ağdərə düşmən əlinə keçir. Bunun ardınca ermənilərin iki ordu korpusu Ağdam istiqamətində əməliyyata başlayır. Əsasən könüllülərdən ibarət və düşməndən sayca az olan Azərbaycanın milli ordusu dururdu. 42 gün davam edən döyüş Ağdamın işğalı ilə sona çatır.

1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Ağdam rayonu ərazisinin böyük hissəsini işğal edib. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, bir şəhər və 80 kəndi işğal olunub.

Ağdam şəhəri Ağdam rayonunun inzibati mərkəzi olub, Qarabağ düzündə ən iri şəhərlərdən biridir. Paytaxt Bakıdan 358 km aralıda yerləşir.

Ağdamın işğalı Dağlıq Qarabağ ətrafında Laçın və Kəlbəcərdən sonra üçüncü böyük itki idi.

Ağdam uğrunda gedən döyüş zamanı 6 mindən artıq insan şəhid olub.

Ağdamda bütün dünyada yeganə olan Çörək muzeyi var idi.

“Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişib. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.

Ağdamdan olan 130 minə yaxın məcburi köçkün Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşıb. Hazırda rayonunun inzibati mərkəzi Quzanlı kəndində yerləşir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR