Dərc edildi: Baxış sayı: 260
Ağdamın azad edilmiş hissəsində bir ədəd insan kəllə sümüyü aşkarlanıb
Ağdam rayonunun işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində bir ədəd kəllə sümüyü aşkarlanıb.
Ens.az-ın məlumatına əsasən,bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, noyabrın 7-də Ağdam rayonunun işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində mühəndis-istehkam işləri aparılarkən insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyü aşkar olunub.
Faktı ilə bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət