Ağdamda səfərdə olan din xadimləri Qiyaslı məscidində olub
Azərbaycandakı dini konfessiyaların rəhbərləri və din xadimləri iğaldan azad edilən Ağdam şəhərinə səfər çərçivəsində Qiyaslı məscidində olublar.
"Report"un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, rayonun Qiyaslı kəndində yerləşən məsciddə azan oxunub.
Burada Vətən uğrunda canından keçən şəhidlərin ruhuna dualar edilib.
Ziyarət zamanı Qiyaslı məscidinin erməni vəhşiliyinə məruz qaldığı müşahidə olunub.
Qeyd edək ki, səfərdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Azərbaycandakı Roma Katolik İcmasının rəhbəri Vladimir Fekete, Alban-udi xristian icmasının rəhbəri Robert Mobili, dini konfessiya rəhbərlərinin nümayəndələri və digər din xadimləri iştirak edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət