Ağdam yolu ilə aparılan yük Xankəndiyə çatdı - Artıq paylanılır...
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ağdam yolu ilə apardığı humanitar yardım Xankəndiyə çatıb.
Ens.az Modern.az-a istinadən xəbər verir ki, yükün paylanılmasına başlanılıb.
eyd edək ki, BQXK ilə əldə olunan razılığa əsasən sentyabrın 18-də səhər saatlarında Ağdam-Xankəndi yolunda komitəyə məxsus avtomobillərin keçidi təmin olunub. BQXK-nın iki minik və bir yük avtomobili Ağdam-Xankəndi yolu ilə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə gedib. Aparılan yükün Qarabağda yaşayan erməni əsilli şəxslərə çatdırılması nəzərdə tutulur.
Xatırladaq ki, sentyabrın 12-də Rusiya Qırmızı Xaç Cəmiyyətinin göndərdiyi humanitar yük avtomobilinin də Ağdam-Xankəndi yolu ilə keçidi təmin edilmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət