Dərc edildi: Baxış sayı: 694
Ağdabanlı Qurban - Yaşadım
Sadiqlikdi, səxavətdi sənətim,
Gur məclisdə, ağır eldə yaşadım.
Halal nemət oldu şirin qismətim,
Düz ilqarda, doğru yolda yaşadım.
Araz çayı qanlı göz yaşım oldu,
İnsanlıq aləmi qardaşım oldu.
Nə gileyim, nə də savaşım oldu,
Düz kəlmədə, şirin dildə yaşadım.
Ayrı yaşamazdıq, nə mən, nə də sən,
Əllərin kəsilsin, ay ara kəsən.
Füzuli naləli, vətənim vətən,
Sarayda yaşadım, çöldə yaşadım.
Qurban, səcdə eylə namazın üstə,
Bülbüllər oxusun avazın üstə.
Qasımın, Abbasın məzarı üstə,
Oldum həmişəlik xəstə, yaşadım.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət