Dərc edildi: Baxış sayı: 549
Ağdabanlı Qurban - Sinəsinnən
Qoynun səkkiz cənnət bağı,
Taydı cənnət, sinəsinnən.
Car olub köçər bulağa,
Axır şərbət sinəsinnən.
Sevgim bu gün bağa gəldi,
Oxuyan şeyda bülbüldü.
Ətri müşki-ənbər güldü,
Verir ləzzət sinəsinnən.
Qurbanı saldı xəyala,
Ləblərin bələnib bala,
Bəlkə verə bir piyala,
Qıla ülfət sinəsinnən.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət