Dərc edildi: Baxış sayı: 541
Ağdabanlı Qurban - Məni
Tərlandı baxışın, gözün can alan,
De çək qaynağına, di darə məni.
Hərdən şölələnir o gül camalın,
Tel deyir şanəyə: di darə məni.
Zülflərintək olmaz əqrəb, nə də mar,
Çalmaq üçün yoxlayırsan nə damar?
Qaşqabaqdan zəhər deyil, nə damar?
Öldür, qoyma həsrət didarə məni.
Yar, gərdənin ər-ər kimi minalə,
Bülbülə gül neylər olsa min alə,
Bir canım var qəmzən istər min alə,
Qurbanam, çəkdirmə di darə məni.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət