Dərc edildi: Baxış sayı: 520
Ağdabanlı Qurban - Gəldi-getdi
Ey kamalı kamil olan ariflər,
Dünyaya nə qədər var gəldi-getdi,
Göydən yağdı, yerdən bitdi, saraldı,
Daşdı sel, əridi qar, gəldi-getdi.
Xəzan yetdi gülə, bülbüllər ağlar,
Pozuldu bostanlar, üzüldü tağlar,
Bağbanlar əl çəkdi, boş qaldı bağlar,
Töküldü meyvələr bar gəldi-getdi.
Arzularım mən bir doğru həqiqət,
Əzilib füqəra, sahibsiz millət,
Biçarə Qurbanam, çəkdim əziyyət,
Ayım, günüm, ahü zar gəldi-getdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət