Ağdaban qətliamını törədənlər… - Ombudsman
Ermənistanın törətmiş olduğu soyqırımı cinayətlərindən biri olan Ağdaban qətliamından 32 il ötür.
Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Ağdaban qətliamının 32-ci ildönümü ilə bağlı paylaşımında deyilir.
"1992-ci il aprel ayının 7-dən 8-nə keçən gecə Kəlbəcər rayonunun Ağdaban kəndində Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti nəticəsində törədilmiş qətliam zamanı kəndin 779 nəfər dinc sakini müxtəlif işgəncələrə məruz qalıb, uşaqlar, qadınlar və qocalar diri-diri yandırılıb, insanlar amansızlıqla qətlə yetirilib. Eyni zamanda, tarixi, mədəni və dini obyektlər dağıdılıb, Azərbaycanın mədəni irsinə aid əsərlər məhv edilib.
Beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarının kobud pozulması ilə törədilən Ağdaban qətliamına beynəlxalq səviyyədə hüquqi qiymət verilməli, bu qanlı cinayəti törədənlər ədalət mühakiməsi qarşısında cavab verməlidirlər", - deyə əlavə edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət