Dərc edildi: Baxış sayı: 8485
:44
"Ağciyərləriniz koronavirusa dözəcəkmi?" Üç ev testi - elə indi edin
Ens.az bildirir ki, rusiyalı məşhur həkim və teleaparıcı, ev şəraitində dünya miqyaslı virusa yoluxma riskiniz olub olmadığını müəyyənləşdirməyin nə qədər asan olduğunu göstərib.
Belə ki, Yelena Malışeva video yayımlayaraq evdə sınaqdan ötrü üç variant haqqında söhbət açıb. Bunları etdikdən sonra ağciyərlərinizin hansı vəziyyətdə olduğunu və koronavirus riskiniz olub olmadığını öyrənəcəksiniz.
- Əllərinizlə boynunuzu əhatə etməyə çalışın. Əgər alındısa – çox gözəl! Barmaqlarınız bir araya gəlmirsə, o zaman sizdə piylənmə, yuxuda xorultu və nəfəs dayanması var deməkdir. Belə insanlar risk qrupuna daxildir.
- Bir nəfəs vermə ilə hava şarını şişirdin. Dərin bir nəfəs alırsınız və bir nəfəsdə bütün havanı şara üfürürsünüz. Topun diametri ən azı 15 sm olmalıdır! Əgər alındısa, deməli ağciyərlər sağlamdır və zərbəni qəbul etməyə hazırdır. Şarı deyilən qaydada şişirə bilmirsinizsə, bəzi ağciyər xəstəlikləri olduğuna işarədir və bu risk qrupudur.
- Bükülmüş şəhadət barmaqlarını bir-birinə tərəf qatlayın, dırnaqla dırnaq üst-üstə gəlməli və onlar ayrılmamalıdırlar. Əgər ayrılırlarsa, çox güman ki, xroniki ağciyər xəstəliyi var. Bu insanlar da risk qrupuna düşür.
Risk qrupuna daxil olanlar nə etməlidirlər?
Ən əhəmiyyətlisi özünüzü təcrid etməyinizdir. Əgər piylənmə varsa, sağlam qidalanmaya keçin.
Mənbə: mgorod.kz
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət