Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Ağciyər xərçəngi

Ağciyər xərçəngi
Sakura

Ağciyər xərçəngi

Ağciyər xərçəngi - bədxassəli ağciyər şişidir, adətən bronxların selikli qişasında inkişaf edir. Bu inkşaf nəticəsibə, hüceyrələr ətrafdakı toxumaları bürüyərək və ya ağciyərdən başqa orqanlara yayılmaları ilə nəticələnə bilər. Bu ən çox yayılmış onkoloji xəstəliklərdəndir və onun tezliyi müxtəlif ölkələrdə artmaqda davam edir. Dünya Səhiyyə Təşkilatının (WHO) hesabatına görə ağciyər xərçəngi bütün dünyada xərçəng növləri arasında ən çox ölümə səbəb olan xərçəng növüdür və bütün dünyada hər il təxminən 1,6 milyon insanın ölümə səbəb olur. 2008-ci ildə ağciyər xərçəngi 1.380.000 ölüm hallarına səbəb olmuşdur.

Ağciyər xərçənginin təsadüfetmə halları Siqaret çəkmənin intensivliyi və davamiyyəti ilə sıx əlaqədardır. Müəyyən edilmişdir ki, gündə iki qutu və daha çox siqaret çəkənlər arasında ağciyər xərçənginə tutulma ehtimalı siqaret çəkməyənlərə nisbətən 20 dəfə artıqdır. Müəyyən edilmişdir ki, siqaretlərə qoyulmuş filterlər kanserogenmaddələrin ağciyərə keçməyinin qarşısını almır. Ölüm nisbəti olduqca yüksək olan bu xərçəng növündə dünya üzrə siqaret çəkmə vərdişlərindəki dəyişməyə bağlı olaraq qadınlarda görülmə faizlərində dəyişikliklər olmuşdur. Ağciyər xərçənginin ən böyük səbəbi uzun müddətli olaraq tütün tüstüsünə məruz qalmaqla yanaşı, bütün ağciyər xərçəng xəstəlikli xəstələrin 15%-i siqaret çəkməyən insanlardan ibarətdir. Ağciyər xərçəngi bütün xərçəng növləri arasında kişilərdə ölümə səbəb olan birinci, qadınlarda isə ikinci xərçəng növüdür. Ağciyər xərçəngi bir çox faktora bağlı olaraq ortaya çıxan bir xəstəlikdir. Bu səbəblər arasında; Genetik amillər, radon qazı, asbest və hava çirklənməsi kimi amillər yer tutulur.

Ağciyər xərçənginin əlamətləri xəstəliyin harada başladığına, necə yayılmış olduğuna, və bədənin xəstəliyə reaksiyalası kimi faktlardan asılı olaraq fərqlilik göstərə bilər. Ən çox görünən əlamətlər, nəfəs darlığı (dispne), öskürmə (qanlı öskürmə da daxil) və çəki itkisidir.

Ağciyər xərçənginin görülme nisbəti yaşla arta bilir, adətən 50-70 yaşlarında görülür.Ağciyər xərçənginin erkən mərhələlərdə beş illik sağ qalma ehtimalı 60-70%-sə, növbəti mərhələ bu nisbət 5%in altına düşür.

Yayılması

 
ABŞ-da kişilərdə ağciyər xərçəngi və siqaret arasındakı korrelyasiya. Qrafik, 20 illik müddət aralığında artan siqaret çəkmə nisbətləri və artan ağciyər xərçəngini göstərir.

Bütün xərçəng növləri arasında ən ölümcül xərçəng növü olan ağciyər xərçəngi bütün dünyada xərçəng növləri arasında, kişilərdə ən çox ölümə səbəb olan birinci, qadınlarda isə ikinci xərçəng növüdür və bütün dünyada hər il təxminən 1,6 milyon ölümə səbəb olur. Bununla yanaşı ABŞ-da həm qadın, həm də kişilərdə ölümə səbəb olan xərçəng növləri arasında 1-ci yerdədir. Hazırda ağciyər xərçəngi, ABŞ-da qadınlarda ölümə səbəbiyyət verən xərçəng növləri arasında ən öndədir və süd vəzi xərçəngi, yumurtalıq və yumurtalıq ağzı xərçəngləri cəmindən daha geniş yayılmışdır. Eyni zamanda da ABŞ-da 2010-cu ildə 222.000 yeni xəstəyəyə ağciyər xərçəngi diaqnozu qoyulmuş və 157.000 xəstə həyatını itirmişdir.

Qlobal artım sürəti ildə 0.5%-dir, bu nisbətin qadınlarda 4.1% olması diqqət çəkicidir. Ölkəmizdə ağciyər xərçəngi sıxlığı 45-60 / 100.000 qədərdir. Hər il təxminən 40.000 yeni xəstəyə diaqnoz qoyulur və 25.000-ə qədər xəstə həyatını itirir.

Ağciyər xərçəngi, 20. əsrin əvvəllərində nadir bir xəstəlik ikən, bu gün hər iki cinsdə də xərçəngdən ölümlərinin başında yer alır. Ölüm halları olduqca yüksək olan bu xərçəng növündə dünya üzrə siqaret çəkmə audəçiliyi ilə bağlı olaraq qadınlar arasında siqaret istifadəsinin zamanla artması nəticəsində qadınlarda görülmə nisbətində artma müşahidə olunmuşdur. Tarixən əksər hallarda kişilərdə görülən bu xərçəng növü zaman içində meydana gələn sosioloji dəyişikliklər nəticəsində, qadınların da siqaretdən istifadə etmə vərdişlərinin artması nəticəsində qadınlarda bu xərçəng növünün görülməsi artmışdır. Ağciyər xərçəngi irsi bir xəstəlik olmamaqla yanaşı, ailəsində ağciyər xərçəngi olan kəslərdə ağciyər xərçəngi inkişaf riski daha yüksəkdir.

Simptomları

Uzun müddət (aylar və illər) xroniki bronxit xəstələri üçün adi olan simptomlar bronxiti olan siqaret çəkəndə də ola bilər - öskürək, bəlğəm gəlməsi, təngnəfəslik.Ağciyər və bronx sisteminin ağrı verməməsi və ilk simptom olan öskürəyin siqaret çəkənlər tərəfindən bir xəstəlik əlaməti olaraq dəyərləndirilməməsi səbəbindən, ağciyər xərçəngini ilkin vaxtlarda aşkarlanmasını çətinləşir. Xəstəlik olduqca irəli mərhələlərə gələnə qədər əhəmiyyətli şikayətlərə yol açmaya bilər. Əlamət vermədən irəliləməsi, ağciyər xərçəngini bu qədər təhlükəli edən ən əhəmiyyətli faktordur. Ağciyər xərçəngi bəzi kəslərdə öskürək, xırıltılı tənəffüs, nəfəs almada çətinlik, sinə narahatlığı olmasına baxmayaraq, erkən mərhələdə ümumiyyətlə diqqətə dəyər bir əlamət ortaya çıxarmaz. Xəstəyə fərqli səbəblərlə rentgen müayinəsi (flyuoroqrafiya) zamanı aşkar edilir, ya da CT daraması edildiyində təsadüfən diaqnoz edilə bilər.

Əlamətlər

Ağciyər xərçənginin başlıca əlamətləri:

  1. Öskürək
  2. Bəlğəmdə qan olması və ya qan tüpürmə
  3. Nəfəs darlığı, xırıltılı tənəffüs
  4. Sinə və qol ağrısı
  5. Səs batıqlığı
  6. Boyun və yüzdə şişlik
  7. İştahsızlıq, kilo itkisi, halsızlıq, yorğunluq

Yuxarıdakı əlamətlərdən hər hansı biri müalicəyə baxmayaraq keçmir və ya təkrarlanlırsa və xəstə siqaret çəkir isə ağciyər xərçəngindən şübhə edilməli və lazımlı tədqiqlər edilməlidir.

Öskürək

Ağ ciyər xərçənginin ən çox yayılmış əsas əlamətlərindən biri uzun müddət ərzində öskürəyin olmasıdır. Ağ ciyər xərçəngi zamanı öskürək, adətən, daimi xarakter alır, quru (bəlğəmsiz) olur. Ancaq bəzi hallarda öskürək bəlğəmlə də - selikli-irinli, bəzən isə selikli və təzə al qırmızı qan qarışığı ilə (qan hayxırma) olur.

Təngnəfəslik

Fiziki gərginlik və ya sakit halda olduqda hava çatışmazlığı hissiyyatı ağ ciyərdə olan şişin iri bronxlara təzyiq etməsi nəticəsində ağ ciyərlərə olan hava axınının qarşısını alması səbəbindən baş verir ki, bu zaman ağ ciyərin bir hissəsinin funksiyası pozulmuş olur.

Ağrılar

Ölçüsü iri olan ağ ciyər şişləri qonşu orqanları və iri qan damarlarını sıxaraq bu əlamətlərin meydana çıxmasına səbəb ola bilərlər: sifətin və qolların şişkinliyi, çiyinlərdə və qollarda ağrı, udma refleksinin pozulması, səsin hər zaman xırıltılı olması və ya hıçqırmaq

Döş qəfəsində olan və dərin nəfəs alma zamanı güclənən ağrılar.

Qanaxmalar

Ağ ciyərdə olan şişin iri qan damarına yayılması zamanı ağ ciyərlərdən qanaxma da baş verə bilər. Ağ ciyər qanaxması ağ ciyər xərçənginin ən təhlükəli fəsadıdır.

Hərarət

Bədən hərarətinin yüksəlməsi, həmçinin tez-tez baş verən (xüsusən də siqaret çəkənlərdə) pnevmoniyalar (ağ ciyərlərin iltihabı) ağ ciyər xərçənginin əlaməti ola bilər.

İştahsızlıq, kilo itkisi, halsızlıq, yorğunluq

Xərçəngin istənilən növü üçün xarakterik olan ümumi əlamətlər: digər səbəblərlə izah oluna bilməyən zəiflik, bədən çəkisinin azalması, iştahanın olmaması.

Ağciyər xərçənginin simptomları əsas şiş tipinə, şişin döş qəfəsi içində bölgüsünə yayılması ilə bağlı olaraq ortaya çıxır. American Thoracic Society (ATS) və European Respiratory Akademiyasının (ERS), müxtəlif tədqiqatların məlumatlarına görə apardığı birgə araşdırmaların nəticəsində; Öskürək 8-75%, çəki itkisi 0-68%, nəfəs darlığı 3-60%, döş ağrısı 20-49% və öskürəklə qan tüpürmə 6-35% nisbətlərində görünür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR