Slimfit
  1. CƏMİYYƏT

Ağcaqanadlar Azərbaycana da malyariya gətirib - Açıqlama

Ağcaqanadlar Azərbaycana da malyariya gətirib - Açıqlama
Sakura

"Keçiriciliyi olan ağcaqanadlar qırılır, onların inkişafının qarşısının alınması üçün müəyyən işlər…

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, hər  il 700 milyon insan ağcaqanaddan müxtəlif xəstəliklərə yoluxur. Onlar arasında ən geniş yayılanı isə malyariyadır. Son zamanlar isə zika virusunun digərləri ilə müqayisədə daha geniş vüsət aldığı açıqlanıb. Bu virusun hazırda dünyanın 21 ölkəsində geniş yayıldığı bildirilir. ÜST-ün açıqlamasına görə, hər il 1 milyondan artıq insan məhz bu səbəbdən dünyasını dəyişir.

 

Ölkəmizdə havaların istiləşməsi ağcaqanadlarla bağlı problemi yenidən gündəmə gətirib. Respublikanın baş infeksionisti Cəlal İsayev Sputnik Azərbaycan-a açıqlamasında hazırda respublika ərazisindəki son durumdan danışıb: “Ağcaqanadın yaydığı xəstəliklərdən biri də malyariyadır. Öncələr bu xəstəliyə daha çox təsadüf edilir. Bu gün isə Azərbaycanda tək-tək də olsa, bu xəstəliyə təsadüf edilir".

"Xəstəliyin sayında olan azalmalar isə aparılan tədbirlərlə bağlıdır. Belə ki, keçiriciliyi olan ağcaqanadlar qırılır, onların inkişafının qarşısının alınması üçün müəyyən işlər görülür. Eyni zamanda da ağcaqanadların insanları yoluxdurmasının qarşısını almaq üçün müəyyən addımlar atılır. Bundan başqa xəstələrin zamanında aşkarlanıb müalicə alması da müsbət nəticələr doğurub”.

Ekspert türkəçarə olaraq evlərdə ağcaqanad öldürən dərmanlardan istifadə etməyi məsləhət görüb.




Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR