Slimfit
  1. CƏMİYYƏT

Ağcabədidə "Aşura" mərasiminə görə 4 nəfər inzibati qaydada həbs edildi

Ağcabədidə "Aşura" mərasiminə görə 4 nəfər inzibati qaydada həbs edildi
Sakura

Ağcabədidə "Aşura" mərasiminə görə 4 nəfər inzibati qaydada həbs edildi

Ağcabədidə "Aşura" mərasimini keçirməyə cəhd edənlər saxlanılıb.

Ens.az xəbər verir ki,Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları  xidmət aparan zaman Ağcabədi şəhəri ərazisində yerləşən N. Abbaslıya məxsus evdə bir qrup şəxsin toplaşaraq "Aşura" mərasimini keçirməyə cəhd etməsini aşkarlayıblar.

Şöbə əməkdaşları tərəfindən mərasimin keçirilməsinin qarşısı alınıb. Ev yiyəsi və orada olan digər 15 nəfər Polis Şöbəsinə gətirilib.

Karantin qaydalarını pozan həmin şəxslərdən 4 nəfər inzibati qaydada həbs edilib, 12 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR