Dərc edildi: Baxış sayı: 679
Ağadadaş Sürəyya - Etdi dollak yüzün dün xəti-tərdən xali
Etdi dollak yüzün dün xəti-tərdən xali,
Oldu ayinəyi-dü jəngi-kədərdən xali.
Şəmi qəddim, şəbi-hicran başıma yağdırır od,
Görəni sinəm evin ahi-səhərdən xali.
Sübhdən şamə kimi od vurub odlar məni yar,
Olanı naləyi-şəbgir əsərdən xali.
Tutcağın xət yüzünü ayinəyi-hiss oldu,
Nəzəri-mərhəməti-əhli nəzərdən xali.
Xaltək dövri-ləbində məkəs etməz məskən,
Olsa təngi-dəhənin abi-şəkərdən xali.
Tutsa idin əgər, ey əşk, o sərvin ətəyin,
Nəxli-ümmidimiz ofmazdı səmərdən xali.
Ey Sürəyya, qovulur it kimi hər bir yerdən,
Bu bir əyyamdir, hər icib ola zərdən xali.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət