Slimfit
  1. BİOQRAFİYA

Ağadadaş Müniri

Ağadadaş Müniri
Sakura

Ağadadaş Müniri - Ağadadaş Cəfərov - Azərbaycanlı şair, "Məcməüş-şüəra" ədəbi məclisinin nümayəndəsi.

Ağadadaş Müniri 1863-cü ildə Bakının Hövsan kəndində anadan olmuşdur. Yeddi yaşında atadan yetim qalmış, anasının təkidi ilə mədrəsəyə getmiş, on beş yaşınadək orada oxumuşdur. Müniri öz şerlərini qəzəl, məsnəvi, rübai, qitə, qəsidə şəkillərində yazmışdır.

"Müniri" təxəllüsünün, "Münir" sözündən (ərəb sözüdür, mənaca, "işıq" deməkdir.) götürən şairin yazılarının bəziləri, inqilabdan əvvəl və sonra mətbuatda dərc olunmuşdur. ("Dirilik", 1916-cı il; "Türkcə qəzəllər" kitabı, 1917-ci il, "Ədəbi parçalar", 1926-cı il və s.)

Şairin bədii irsi, onun klassik şerin müxtəlif janrlarında yazdığı ədəbi nümunələrdən ibarətdir. Bu günə kimi, Bakı şairləri haqqında yazılan müxtəlif kitablarda, şairin bir neçə qəzəli çap olunsa da bütövlükdə əsərləri tədqiq olunmamış qalmaqdadır. Bu əsərlər Azərbaycan Əlyazmalar İnstitutunun fondunda saxlanılır.

O, Buzovnalı Məşhədi Azər və Haşım bəy Saqiblə dostluq etmişdir. Üç oğlu olmuşdur.

1940-cı ildə vəfat etmiş və Bakının Buzovna kəndində dəfn olunmuşdur.

  • Xalq rəssamı Asəf Cəfərovun babasıdır.

Yaradıcılığı

Şairin ən məşhur əsərlərindən biri onun "Ənar" qəsidəsidir. İmam Əlinin və Həzrəti Fatimənin ailəsində baş vermiş, olduqca əxlaqi bir hadisənin bədii tərənnümü olan bu qəsidə klassik şer şəklini olduğu kimi saxlamışdır. Belə ki, şair klassik ənənəyə sadiq qalaraq əsas mövzuya keçməzdən əvvəl qəsidəni "bahariyyə" ilə başlayır. Əruzun rəməl bəhrində qələmə alınmış qəsidənin əsas səciyyəvi xüsusiyyəti hər bir misranın cümlə şəklində olub, beytin ümumi məzmun çərçivəsi daxilində fikir bitkinliyi ifadə edə bilməsidir.

Şeirləri

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR