Slimfit
  1. CƏMİYYƏT

Ağac kəsdiyinə görə 15 min cərimələnir, əvəzində milyonlar qazanır

Ağac kəsdiyinə görə 15 min cərimələnir, əvəzində milyonlar qazanır
Sakura

Ağac kəsdiyinə görə 15 min cərimələnir, əvəzində milyonlar qazanır

Ekologiya və Təbii Sərvətlər Nazirliyi mütəmadi olaraq qanunsuz ağac kəsimi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən aparılan araşdırmalar barədə məlumatlar yayır. Həmin məlumatlarda müxtəlif tikinti şirkətləri, MTK rəhbərləri müxtəlif məbləğlərdə cərimələnir. Lakin əksər hallarda ağaclar kəsiləndən sonra məsələ böyük şirkətlər üçün simvolik sayılan məbləğdə cərimələnmək ilə bağlanır, ağacların yerində çoxmərtəbəli mənzil ucaldılır və satılır.

Elə bu gün də ETSN “Real-Park” MMC-nin istifadəsində olan torpaq sahəsində 29 ədəd ağac və kol bitkisinin məhv edildiyinin aşkarlandığı barədə məlumat yayıb. Bu qədər ağacı məhv etməyə görə cərimə isə 15 min manata yaxın (14 880 manat) olub. Halbuki tikinti şirkəti orada tikəcəyi mənzilin birini ən azı 100 min manata satacaq. Yəni ağacların kəsilməsi böyük sahibkarlar üçün sözün bütün mənalarında heç nədir. Çünki ağac kəsdiyinə görə cəmi 15 min manat cərimələnir, əvəzində milyonlarla manat qazanacağını bilir.

İnsafsız sahibkarlara ağacları məhv etməsinə qanunvericiliyin şərait yaratması nə qədər düzgündür? Əslində kəsilən ağacın dəyəri nə qədərdir? Bir ağacın böyüyüb-budaqlanması üçün neçə il lazımdır?

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekspert Telman ZeynalovReport”a açıqlamasında bildirib ki, tətbiq edilən cərimələr ədalətli deyil:

“Həmin şəxslər ağacları kəsməklə insanların ömrünü azaldırlar. Cərimələr isə azdır. Təbiəti oksigenlə təmin edən bir ağacın qiyməti ən azı 50-100 min arasında dəyişir. Kəsilən ağacların sayı 20-dən çoxdursa, bu neçə milyon ziyan deməkdir. Mən buna görə mübarizə aparıram ki, cərimələrin məbləği aşağıdır və qaldırılmalıdır. Bir şitili yetişdirmək üçün ona ən az 5 il qulluq etmək, diqqətdə saxlamaq lazımdır. Yoxsa mal-qara, yoldan keçən əzib məhv edir. Hündürlüyü 15-20 metrə çatan ağac isə 10 nəfəri oksigenlə təmin edir. Bir ağacın kəsilməsi ilə neçə-neçə insanı oksigensiz qoyurlar”.

Ekspert əlavə edib ki, xarici ölkələrdə bir ağacı kəsən şəxs əlavə yüzlərlə ağac əkməyə məcbur edilir:

“Bunu nəzərə alaraq, ağac kəsmək niyyəti olan şəxs bütün qaydaları götür-qoy edir, ondan sonra addım atır. Bizdə isə ancaq pul qazanmağı düşünür, amma təbiətə milyonlarla ziyan vurduqlarını fikirləşmirlər”.

Milli Məclisin deputatı, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Nəsib Məhəməliyev “Report”a açıqlamasında şəhər mərkəzində, insanların sıx məskunlaşdığı ərazilərdə qanunsuz ağac kəsənlərin cinayət məsuliyyətinə cəlb olunmalı olduğunu bildirib:

“Mən payız sessiyasında bu məsələni qaldıracağam. Kənd yerlərində hardasa başa düşmək olar. Amma Bakının mərkəzində, ekoloji vəziyyətin yaxşı olmadığı yerdə qanunsuz ağac kəsənlərə qarşı qanunlar sərtləşdirilməlidir. Bakının iqlimini nəzərə alsaq, ağacların boya-başa çatdırmaq uzun zaman və böyük zəhmət tələb edir. Prezident İlham Əliyev yeni-yeni parklar saldırır. Bu həm insanların istrahətinin təşkili və şəhərin ekoloji vəziyyətinin tarazlanması üçündür. Belə olan halda ağac kəsən şəxslər dövlət başçısının siyasətinə zidd gedirlər. Onlara qarşı ciddi tədbirlər görülməlidir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR