Slimfit
  1. BİOQRAFİYA

Ağabəyim ağa

Ağabəyim ağa
Sakura

Ağabəyim ağa (Ağabacı) — azərbaycanlı şairə, Qarabağ xanı İbrahimxəlil xanın qızıdır, Qacar şahı Fətəli…

Ağabəyim ağa 1780-ci ildə Xankəndi şəhərində, Xanbağında anadan olub. Ağa Məhəmməd şah Qacar 1797-ci ildə Şuşada qətlə yetiriləndən sonra taxta onun yerinə Fətəli şah çıxır. Fətəli şah "hər iki tərəfin xatircəmliyi üçün" İbrahim xana öz qızı Ağabəyim ağanı (Xurşidbanu Natəvanın bibisi) hərəmxanasına göndərməsini söyləyir. İbrahim xan bu nigaha qol qoyur və öz sevimli qızını İran hökmdarı Fətəli şaha ərə verir (1801).

Ağabəyim Ağa qabiliyyətli, bacarıqlı və gözəl olmaqla bərabər, həm də çox vətənpərvər bir qadın olmuşdur. Ağabəyim Ağa dustaqların zindandan azad olunması, əsirlərin buraxılması, ölüm hökmü ilə məhkum edilmişlərin əfv olunmasına nail olurdu.

Mənbələr göstərir ki, Ağabəyim Ağa atasının vəziri Molla Pənah Vaqifin yetirməsi idi və sonradan fransız dilini öyrənərək, avropalılarla sərbəst danışmış, dövrün bir sıra şəxsiyyətləri ilə məktublaşmışdır. 1811-ci ildə o, Fransa imperatorunun arvadı ilə görüşmüş, onun vasitəsilə Napoleon Bonaparta məktub göndərmişdi. Rusiya–İran münasibətlərinin barışıqla nəticələnməsi işində də Ağabəyim ağanın rolu az olmamışdır. Rus çariçası Ağabəyim ağaya göndərdiyi məktubunda yazırdı: "Ey Bəyim, Siz öz müdrikliyinizlə mərhəmətli şahın ikinci Zöhrəsi, tale ulduzu olmuşsunuz". Ağabəyim ağaya Qarabağı çox sevən, öz torpağının həsrəti ilə yaşayan, ermənilərin xəyanətinə nifrət edən bir ictimaiyyətçi də demək olar. Digər bir mənbənin yazdığı kimi, İrəvan xanı "Sarı Aslan" ləqəbli Həsən xanı rus əsirliyindən qurtarmaqda da köməkçi olmuş, onu əsirlikdən qurtarmışdı.

1832-ci ildə Tehranda vəfat edib və Darül-İman adlanan Qum şəhərində dəfn olunub.

Yaradıcılığı

Qərib bir diyarda ömür-gün sürən, min nazın, nemətin içində bəslənən Ağabəyim vətən həsrətini söylədiyi bayatılarda dilə gətirir:

Əziziyəm, Qarabağ,
Şəki, Şirvan, Qarabağ,
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ!

Qələm də, bayatı da, göz yaşları da vətən həsrətini ovuda bilmir. Ağabəyim ağanın könlünü şad etmək, onu sevindirmək üçün Fətəli şah Tehranda möhtəşəm bir bağ saldırır. Xankəndidə,Şuşada bitən bütün ağac, gül-çiçəyi burada əkdirir ki, Ağabəyim doğma yerlərin havasını bu bağdan ala bilsin. Bəlkə onda könlu toxtayar. Hətta bağbanı da Şuşadan gətirirlər. Bu gülüstanın da adını "Vətən bağı" qoyurlar. Ağabəyim həmin bağa seyrə çıxarkən çox qəmlənir. Dərindən ah çəkərək ağlayır. Bütün saray əhli bu vəziyyətə heyrət kəsilir. Çünki "Vətən bağı" elə Qarabağın bir parçası idi. Ağabəyim üzüntüsünü belə ifadə edir:

"Vətən bağı" al-əlvandır,
Yox üstündə Xarıbülbül.
Nədən hər yerin əlvandır,
Köksün altı sarı, bülbül.

 

Qəzəlləri

 

Gəralıları

 

Bayatıları

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR