Slimfit
  1. BİOQRAFİYA

Ağa Məsih Şirvani

Ağa Məsih Şirvani
Sakura

Ağa Məsih Şirvani - Azərbaycan şairi və maarifpərvəri

Ağa Məsih Şirvani — XVIII əsr Azərbaycan şairi və maarifpərvəri. Sultan Məcid Qənizadənin ulu babası.

Ağa Məsih Şirvani Şamaxı yaxınlığında yerləşən Dədəgünəş kəndində doğulmuşdur. Muasirlərindən Nişat Şirvani və Zülali ilə dostluq etmişdir. Məsih Şirvani Zülalini özünə ustad seçmişdir. Deyişmələrindən yalnız Verir rədifli şeiri dövrümüzədək gəlib çatmışdır. Qəzəl, müəşşər və müxəmməslərində Məhəmməd Füzuli və Nişat Şirvaninin təsiri duyulur. Aşıq ədəbiyyatının təsiri ilə qoşmalar yazmışdır. Ağa Məsih Şirvaninin yaradıcılığında tarixi mənzumələr əhəmiyyətli yer tutur. Bizə gəlib çatmayan Şahnamə adlı əsəri Fətəli xana həsr olunmuşdur. Əhməd xan Şahsevənin 1749-cu ildə Şirvana basqınından bəhs edən mənzumələri XVIII əsr Azərbaycan ictimai siyasi həyatından bəhs edir. Azərbaycan şairlərindən Molla Pənah Vaqif, Qasım bəy Zakir və Mirzə Ələkbər Sabir Ağa Məsih Şirvaninin şeirlərinə bənzətmələr yazmışdılar. Mirzə Fətəli Axundov, Salman Mümtaz, Zülali Ağa Məsih Şirvaninin ədəbi irsini yükək qiymətləndirmişdir.

 

Qəzəlləri:

Sənə zahirdir, əya, heyyü xəbirü dana.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR