Dərc edildi: Baxış sayı: 821
Ağa Hüseyn Arif - Mümkün olmaz yarı görmək bir zaman əğyarsız
Mümkün olmaz yarı görmәk bir zaman әğyarsız,
Gülşәnin dövründә kim görmüş gül olsun xarsız?!
Dövri dönmüş dövri-dövran bulmadı kamımca seyr,
Çәrxi-kәcrәftarı bir dәm görmәdim azarsız.
Qәdrü qiymәtlәr tapıb kuyindә yarın qeyrlәr,
Leyk mәn qaldım qәmi-hicran ara qәmxarsız.
Qәm mәni pamal qıldı, ey müsәlmanan, haray,
Olmasın kafir dә, ya rәb, mәn kimi qәmxarsız.
Qәbrimin daşına yaz, ey әhli-dil, bu misrәi:
Verdi Arif canını min hәsrәt ilә yarsız.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət