Dərc edildi: Baxış sayı: 870
Ağa Hüseyn Arif - Günəş nuru deyil pərtöv salıb kövnü üzrə
Günәş nuru deyil pәrtöv salıb kövnü mәkan üzrә,
Yüzün nurudur ol, ey mәh, düşüb әks asiman üzrә.
Rәvan ol canibi-bostanә, ey sәrvi-rәvan, ta gör,
Üzün toprağә qoymuş sәrvi-sәrkeş busitan üzrә.
Saraldı nәrgisi-mәstin qәmindәn natәvan nәrgis,
Üzün gül gördü, xiclәtdәn qızardı gülsitan üzrә.
Götürgәc pәrdә yüzdәn şurişü qovğa bülәnd oldu,
Qiyam etdi qiyamından qiyamәtlәr cahan üzrә.
Qәdәm bas başına, ta payimal et, sәrfәraz olsun,
Qoyub baş xәstә Arif pasiban tәk asitan üzrә.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət