Slimfit
  1. BİOQRAFİYA

Ağa Hüseyn Arif

Ağa Hüseyn Arif
Sakura

Ağa Hüseyn Təbrizi - Şair

Ağa Hüseyn Təbriz şəhərində anadan оlmuşdu. Mükəmməl mədrəsə təhsili görmüşdü. Şair idi. Arif təxəllüsü ilə incə təbli şeirlər yazırdı. İbrahimxəlil xan Cavanşirin Təbrizə yürüşünü şeirlərində pisləmişdi. Ağa Hüseyn Arif bu yürüşlə bağlı yazırdı:

Vurhavur, zülmi-Cavanşirə dəxi qalmadı tab,
Dağılıb hər biri bir guşədə pünhan оldu…

Ağa Hüseyn bu şeirindən sonra Təbrizdə Dünbililərin zülmünə dözməyib,tənqid etdiyi İbrahimxəlil xan Cavanşirə pənahlandı. Köçüb Şuşa şəhərində məskunlaşdı. Qarabağ xanı onu Şuşada evlə, hər cür avadanlıqla təmin etdi.

Ağa Hüseyn Arif 1813-cü ildə vəfat edib.

Ağa Hüseyn Bədirlə ailə qurmuşdu. Əbdürrəzzaq, Baba, Əzim, Həzrətqulu adlı оğulları, Səkinə adlı qızı vardı.

Ağa Hüseyn Arif Şuşada yaradıcılığını davam etdirdi. Divan bağladı.

Yaradıcılığı

Səba, qəmxarım оl, qəmxarıma dərdi-dil izhar et,
Xəbərdar оlmayan qəmxarımı qəmdən xəbərdar et.

Yetişcək sayəvəş tоrpağa düş, qəmxarıma söylə, 
Qəmi-hicrində hali-zarimi izhari-qəmxar et.

Ki, ey peymanşikən, mehri-vəfası оlmayan dilbər,
Təqafül eyləmə bir ləhzə, əxmi-kuyi-dildar et.
 
Əlindən öp, оna şərh eylə əhvali-pərişanı,
Ayağına düşüb öz başın üçün yarə izhar et.
  
Ki, gəlmiş aşiqi-biçarə yanından səba söylər,
Ki, ey qəmxar, xəbi nazdan cananı bidar et.

Əcəl verməz aman, can nəqdini almaq dilər səndən,
Bu fərdi naleyi-fəryad ilə hər ləhzə təkrar et.

Ki, həsrət getdi Arif, görmədi yarın bu dünyada,
Rəqibi, barmi-ilahi, mən kimi məhrumi-didar et.

 

Şeirləri

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR