Dərc edildi: Baxış sayı: 629
Ağa Hacı Molla Tağızadə - Zahid ki, məscid icrə öziçün məkan tutub
Zahid ki, mәscid içrә öziçün mәkan tutub,
Bayquşdu kim, xәrabә ara aşiyan tutub.
Nadanlığın görün ki, könüldә o bişüur
Yüz min qüsur ilә yenә qәsri-cinan tutub.
Kövsәrsә mәtlәbin, olasan kur, zahida,
Görmürsәn әldә saqi meyi-әrğәvan tutub?!
Namәhrәm olduğiçün özün novәrusi-mey
Sәndәn çәkib kәnara, cәmalın nihan tutub.
Yox badәdә nәsibinü kövsәrdә qismәtin,
Bәdbәxtlik basıb sәni, zahid, ziyan tutub.
Fitva verir ki, sağәri-sәhbanı sındırın,
Ey rindlәr, görün, bu xәtәkarı qan tutub.
Bixud, yәqin kәlamını dәrk eylәmәz avam,
Saxla nihan ki, alәmi zәnnü güman tutub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət