Slimfit
  1. ƏDƏBİYYAT

Ağa Hacı Molla Tağızadə - Kim verdi dünən bəzminizə bağdə zivər

Ağa Hacı Molla Tağızadə - Kim verdi dünən bəzminizə bağdə zivər
Sakura

Ağa Hacı Molla Tağızadə - Kim verdi dünən bəzminizə bağdə zivər

Kim verdi dünәn bәzminizә bağdә zivәr,
Hansı qәdi әrәr?
Kim eylәdi ruxsarı ilә baği münәvvәr,
Hansı mәhi-әnvәr?

Kim kakili-mişkinin onun eylәdi әfşan,
Hansı büti-dövran?
Kim eylәdi öz zülfi ilә baği müәttәr,
Tökdü yerә әnbәr?

Kim püsteyi-xәndanın açıb etdi tәbәssüm,
Kim qıldı tәkәllüm?
Kim tökdü o bәzm içrә lәbindәn dürü gövhәr,
Hansı lәbi şәkkәr?

Kim etdi gülüstanı dünәn qeyrәti-Xәllәx,
Hansı büti-gülrux?
Kim eylәdi ol bağçәni sahәti-Kәşmәr,
Firdovsә bәrabәr?

Ey dust, hәmişә olasan seyrü sәfadә,
Daim bu vәfadә!
Hәmvarә sәnә yar ola ol şuxi-sitәmgәr,
Ol sәrvü sәnubәr.

Ol şux tәmaşasi sәni eylәdi mәğrur,
Ey zülmәti-binur.
İçdin o büti-sadә ilә badeyi-xüllәr,
Ey rindü qәlәndәr!

Olsun o dünәn mәnsiz içәn badә hәramın,
Düşsün yerә camın!
Dönsün cigәrim tәk yediyin qanә sәrasәr,
Zәhr ilә müxәmmәr!

Gәzdin veribәn әl-әlә ol şux ilә hәr yan,
Sәrmәstü qәzәlxan.
Aldın bir әlә saidini, bir әlә sağәr,
İçdin meyi-әhmәr.

Mәn badeyi-gülfam әvәzi xuni-dil içdim,
Bir növ ilә keçdim.
Sәn eylәdin ol mah ilә hәr lәhzә sәfalәr,
Yüz eyşi-mükәrrәr.

Axir sәnә mәn hәmdәmü hәmraz deyildim,
Dәmsaz deyildim? 
Hәsrәtlә dünәn canıma saldın yanar әxkәr,
Ey zalimü kafәr!

Get, eşq sәni mәn yaxılan narına yaxsın,
Әşkin yerә axsın.
Ta kim, dilü canımda olan atәşi-müzmәr,
Olsun sәnә zahir.

Gәzdikdә o mah ilә mәni yaduva saldın,
Heç xatirә aldın?
Heç bircә dedin kim, hanı ol Bixudi-müztәr,
Ol didәlәri tәr?

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR