Dərc edildi: Baxış sayı: 658
Ağa Hacı Molla Tağızadə - Ey dil, həzar şükr,xəbər gəldi yardən
Ey dil, hәzar şükr, xәbәr gәldi yardәn,
Şükr et, qutardın axırı bu intizardәn.
Ey göz, kәnarә qoy dәxi qan ağlamağını,
Oldun xilas sәn dә dәxi ahü zardәn.
Dәrdi-xәzan hicrini çәkmişdim, aqibәt,
Verdi sәba xәbәr o güli-novbahardәn.
Ey mәqdәmin fәdası, bәlalar çәkәn başım,
Gәl, gәl ki, keçdi sәbrü qәrarım qәrardәn.
Eşqindә qoydular mәnә Mәcnunluq adını,
Düşdüm bu xәlqi-alәm ara etibardәn.
Sәd şükr kim, yetişdi sәnә vәdeyi-vüsal,
Bixud, şikayәt etmә dәxi ruzigardәn.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət