Slimfit
  1. ƏDƏBİYYAT

Ağa Hacı Molla Tağızadə - Dözməzmi

Ağa Hacı Molla Tağızadə - Dözməzmi
Sakura

Ağa Hacı Molla Tağızadə - Dözməzmi

Edən yar arzusunu möhnəti-əğyarə dözməzmi?
Gülə aşiq olan bülbül cəfayi-xarə dözməzmi?
Vəfadan dəm vuran aşiq qəmi-düdarə dözməzmi?
Ola gər tiri-qəmdən sinəsi sədparə, dözməzmi?
O qəm, kim, aşiqi mərhəm qıla əsrarə, dözməzmi?

Nə qəm, hicran ilə bağrım dönə hər ləhzə gər qanə,
Vüsalə göz tikən aşiq dözər, əlbəttə, hicranə,
Xoşam gər şəm tək cismim tutub od eşq ara yanə,
Həqiqət sirrin istərsə ədəm kuyindən pərvanə,
Vücudun tərk edib, candan keçib, həm narə dözməzmi?

Sütuni-səbrimə gərçi vurar Fərhadi-qəm tişə,
İtirməz dil qəmi-tədbiri, düşməz xofü əndişə,
Bizə ustadımız eşq içrə səbri göstərib pişə,
Ənəlhəq söyləyən arif fənadan etməz əndişə,
Rümuzi-eşqdən agah olan kəs darə dözməzmi?

Nə qəm, gər əşki-xünin saçsa hərdəm çeşmi-nəmnakım.
Yaxıb eşq atəşi badi-fənayə versə gər xakım,
Olurmu eşqdən bir ləhzə xali sineyi-pakım,
Məlamət kuyinin rüsvasıyam, yox tənədən bakım,
Deyə Məcnuni-eşqə hər zaman min yarə, dözməzmi?

Nə qədr eşqində çəksəm dərdü qəm, ey dust, minnətdir,
Cəfa kim, Bixudə səndən gəlir, eyni-məhəbbətdir,
Mərizi-eşqinəm, dərdin mənə daruyi-səhhətdir,
Səninlə içdiyim qan olsa, guya şəhdü şərbətdir,
Müalic təlx şərbət versə gər bimarə, dözməzmi?

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR