Dərc edildi: Baxış sayı: 986
Ağa Hacı Molla Tağızadə - Çəkmə, ey dust, məni məscidi-viranə sarı
Çəkmə, ey dust, məni məscidi-viranə san,
Genə çəksən də məni, çək barı meyxanə sarı,
Ələ əbnayi-zəman səngi-məlamət götürüb,
Gör nə şövq ilə baxırlar məni-divanə san!
Vaizin pəndi ki, hərgiz mənə təsir etməz,
Yüz min əfsun oxuya, getmənəm əfsanə sarı.
Dəftəri-hüsnünü hər kəs görə ol mahruxun,
Min kitab oxuna, baxmaz dəxi Quranə san.
Səbhə göstərmə mənə, zahid, əmaməndən utan,
Mürği-zirək ki, görə dami, dönər danə sarı?
Mən ki divaneyi-eşqəm, mənə çox söylməyin,
"Hu" deyib, baş qoyaram kuhü biyabanə sarı.
Eşq ara bülbüli-pabəstə idi Bixudi-zar,
Bağban açdı pərin, atdı gülüstanə sarı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət