Dərc edildi: Baxış sayı: 1054
Ağa Hacı Molla Tağızadə - Azərbaycan şairi
Ağa Hacı Molla Tağızadə, Molla Ağa Bixud — Azərbaycan şairi.
Molla Ağa Hacı Molla Tağızadə (Bixud) 1830-cu ildə Şamaxıda anadan olub. Şamaxıda məktəbi bitirib. Dövrünün bilikli adamlarından sayılıb, türk və fars dillərini mükəmməl bilib. Bixud İrana və Qafqaz şəhərlərinə səfərlər edib. Bununla belə ömrünün böyük bir hissəsini Şamaxıda yaşayıb. Ömrünün sonlarına yaxın ətriyyat satmaqla məşğul imiş. Qəzəllərindən ibarət cəmi bir kitabı qalıb.
Ağa Hacı Molla Tağızadə 1892-ci ildə 62 yaşında vəba xəstəliyinə tutularaq vəfat edib.
S.Ə.Şirvaninin müasirlərindən biri olan şair. Şamaxıdakı "Beytüs-səfa" ədəbi məclisinin fəal üzvlərindən biri. Füzuliyanə qəzəlləri vardır
Qəzəlləri
Ey dil, hәzar şükr, xәbәr gәldi yardәn
Ey dil, barı meyxanə sarı bir güzər eylə
Ey qoyan könlümә qan, oldumu hüsnün fani
Cövr ilә tökdü qanımı, fәryad, gözlәrin
Çəkmə, ey dust, məni məscidi-viranə sarı
Könül, bu gün ki, müyәssәrdi vәsli-yar sәnә
Riyazәtsiz, könül, bu nәfs bir tövsәndi, ram olmaz
Şəmaxi şəhri yeksər oldu viran
Təngə gəldim, saqiya, bu məscidi-viranədən
Zahid ki, mәscid içrә öziçün mәkan tutub
Qəzəli-müstəzad
Kim verdi dünәn bәzminizә bağdә zivәr
Zahid, bu fәna mülkdә dövran sәnin olsun
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət