Slimfit
  1. TƏBİƏT

Ağ zürafə - nadir görüş

Ağ zürafə - nadir görüş
Sakura

Ağ zürafə - nadir görüş

Canlı təbiət aləmində qeyri-adi rəngli heyvanlar və quşlara rast gəlinir: ağ dəriyə şir və timsahlar malik olur, ağ lələyə isə qartal və pinqvinlər malik olur. Afrikada isə belə qeyri-adi zürafələr yaşayır.

Belə qeyri-adi rəngin əsas səbəbi iki növ genetik mutasiyadır: leykizm və albinizm. Birinci halda heyvanda piqment toxumaları – melanositlər minimum kəmiyyətdə olur və ya ümumiyyətlə olmur; ikinci halda isə onlar olur, sadəcə melanin sintez etməyə qadir olmur.

Leykizmlə albinizm arasındakı ən aşkar fərq gözlərin piqmentasiyasıdır. Leykizmli növlərdə gözlər normal rəngə malikdir, albinoslarda isə qüzehi qişaların piqmentasiyasının olmaması müşahidə olunur. Bu nəinki gözə qəribə çəhrayı və ya mavi rəng verir, həmçinin sağlamlıq üçün təhlükə yaradır: gözlər günəş işığına xüsusilə həssas olurlar.

Canlı təbiətdə hər iki genetik dəyişkənliyi olan heyvanlara rast gəlinir. Yeni növ Keniyada tapılıb: obyektivə eyni zamanda iki zürafə düşüb.

Onların ölçüsünə görə bu ana və balasıdır – beləliklə mutasiya nəsildən-nəsilə ötürülüb. Videonu şrəh edən mütəxəssislər heyvanlardan leykizm olmasını müəyyən ediblər. Əvvəllər Afrikanın başqa hissəsi olan Tanzaniyada eyni rəngə malik dərili zürafəyə rast gəlinmişdi. Təbiət mühafizə nümayəndələri dərhal bu ərazinin mühafizəsini gücləndirdi: belə qeyri-adi heyvanlar brakonyerlər üçün cəlbedici hədəfdir.

Təəssüf ki, Keniyada məsul şəxslər belə bəyənatlar verməyib ki, bu da ağ zürafələrin həyatını təhlükədə qoyur. Bu heyvanlar hətta normal rəngli olsalar belə yırtıcı və brakonyerlərin əlindən vəhşi təbiətdə çətin yaşayırlar, yarım yaşa qədər olan balalar arasında ölüm faizi isə 50%-dir.

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR