Slimfit
  1. DÜNYA

Ağ Evdən açıqlama: 8 liderdən biri Ərdoğandır

Ağ Evdən açıqlama: 8 liderdən biri Ərdoğandır
Sakura

Ağ Evdən açıqlama: 8 liderdən biri Ərdoğandır

ABŞ Prezidenti Donald Tramp iyunun 28-29-da Yaponiyada keçirilən G20 sammtində 8 ölkə lideriylə görüşəcək.

Teleqraf.com-un məlumatına görə, bu barədə Ağ Evdən açıqlama verilib.

8 liderdən biri də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır.

Donald Tramp Çin dövlət rəhbəri Si Szinpin, Rusiya Prezidenti Vladimir Putin, Səudiyyə Ərəbistanı vəliəhd kralı Məhəmməd bin Salman, Yaponiya Baş naziri Şinzo Abe, Almaniya kansleri Angela Merkel, Hindistan Baş naziri Narendra Modi, Avstraliya Baş naziri Skott Morrisonla da bir araya gələcək.

Rəcəb Tayyib Ərdoğanla görüşdə Türkiyənin Rusiyadan almağa hazırlaşdığı S-400 raket komplekslərinin əsas müzakirə mövzusu olacağı gözlənilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR