Slimfit
  1. DÜNYA

Ağ Ev Trampın impiçmentinin qanunsuz olduğunu bildirib

Ağ Ev Trampın impiçmentinin qanunsuz olduğunu bildirib
Sakura

Ağ Ev Trampın impiçmentinin qanunsuz olduğunu bildirib

Ağ Ev ABŞ prezidenti Donald Trampın impiçmenti prosesini qanunsuz sayır və bununla bağlı araşdırmada iştirakdan imtina edir.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Stefani Qrişem bildirib.

"Bu gün prezidentin hüquq üzrə məsləhətçisi Pet Çipollone Donald Trampın adından məktubu spiker Pelosiyə (Nensi, Nümayəndələr Palatası) və Konqresin komitələrinin başçıları Enqelə, Şiffə və Kamminqsuya göndərdi. Məktub göstərir ki, demokratların araşdırması hər hansı konstitusiya əsaslarından məhrum edilib", - Qrişem qeyd edib.

Onun sözlərinə görə, impiçment təşəbbüsü "vətəndaş azadlıqlarını və hakimiyyət orqanlarının bölgüsü prinsipini pozur, icra hakimiyyətinin nümayəndələrini cəza ilə hədələyir, ona görə ki, onlar öz konstitusiya hüquqlarını və müstəsna hüquqları müdafiə edirlər".

Bütün bunlar Qrişemin vurğuladığı kimi, konstitusiyanın müddəalarını pozur.

"Bu səbəblərdən icra hakimiyyətindən həmin siyasi teatrda iştirakı gözləmək olmaz və o, bu prosesdə iştirak etməyəcək", - mətbuat katibi vurğulayıb.

Onun sözlərinə görə, araşdırma "sırf siyasi səbəblər"dən keçirilir. 

Ağ Ev demokratlara ABŞ Konqresində prezident Donald Trampın impiçmenti proseduru çərçivəsində onlarla əməkdaşlıq etməyəcəyi barədə xəbərdarlıq edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR