Dərc edildi: Baxış sayı: 529
Ağ Ev Trampın impiçmenti prosesində demokratlarla əməkdaşlıq etməyəcək
Ağ Ev Trampın impiçment proseduru çərçivəsində ABŞ Demokrat Partiyasının Konqresdəki üzvləri ilə əməkdaşlıq etməyəcəyi barədə məlumat yayıb.
APA TASS-a istinadla xəbər verir ki, məlumatda bildirilib ki, demokratlar tərəfindən Trampa qarşı impiçment cəhdinin heç bir konstitusion əsası yoxdur.
Rəsmi Vaşinqton hesab edir ki, Trampın demokratlar tərəfindən başladılan impiçment prosesi 2016-cı il seçkilərinin nəticəsini ləğv etmək cəhdidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət