Ağ Ev: Qəzzadakı girovlar azad edilməyənə qədər Bayden dincəlməyəcək
ABŞ prezidenti Co Bayden Qəzza zolağında girovların azad edilməsinə dair razılıq əldə olunmayana qədər dincəlməyəcək.
Ens.az Bizimyol.info-a istinadən xəbər verir ki, bu barədə Amerika liderinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.
Onun sözlərinə görə, bu mövzuda danışıqlar ABŞ-ın “aktiv iştirakı” ilə anklavda hakim HƏMAS hərəkatına çıxışı olan İsrail və Qətər arasında davam edir: “Girovların azad edilməsini nəzərdə tutan razılaşma əldə etmək üçün səylər göstərilir. Biz bu sövdələşməni həyata keçirməyənə qədər prezident dincəlməyəcək”, - deyə Sallivan CNN-ə müsahibəsində bildirib.
İsraillilər HƏMAS-ın əsirliyində 239 nəfərin qaldığına inanırlar. Sullivanın sözlərinə görə, ABŞ oktyabrın 7-də Fələstinin hücumundan sonra itkin düşən 9 vətəndaşından xəbərdardır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət