Slimfit
  1. MARAQLI

Ağ ev Putinlə Trampın görüşü xatirəsinə jeton buraxıb

Ağ ev Putinlə Trampın görüşü xatirəsinə jeton buraxıb
Sakura

Ağ ev Putinlə Trampın görüşü xatirəsinə jeton buraxıb

Ens.azRg.ru-a istinadən xəbər verir ki, Ağ ev bu ilin iyul ayında baş tutan Rusiya və ABŞ liderlərinin Helsinkidəki görüşlərinin xatirəsinə qiymətli metal jetonlar hazırladı. Məhsulu artıq ABŞ prezidenti iqamətgahının rəsmi suvenir mağazasının saytında sifariş vermək olar. Jetonun qiyməti 100 dollardır.

Saytda hələlik suvenirin şəkli yoxdur. TASS xəbər verir ki, The New York Times qəzetinin jurnalisti onu bazar günü Twitter-də yayıb.

Jetonun bir tərəfinin mərkəzində rus və amerikan dövlət bayraqlarının fonunda Helsinki Kafedral kilsəsi əks olunub. Dairəvi imza hazırlanıb: “Prezident Donald C. Tramp” və “Rusiya prezidenti Vladimir Putin”. Həmçinin hadisənin tarixi göstərilib “iyul 2018”. Bundan başqa rus dilində “yüksək səviyyədə görüş” yazılıb, aşağıda isə ingiliscə - “Ağ evin və Kremlin sammiti”. Arxa tərəfində qlobus fonunda Ağ ev, həmçinin amerikan liderinin təyyarəsi və onun möhürü təsvir olunub.

Xatırladaq ki, 16 iyul tarixində Helsinkidə Vladimir Putin və Donald Trampın tam formatlı ilk görüşü keçirilib. Prezidentlər ikitərəfli və beynəlxalq münasibətlərə aid məsələləri müzakirə etdilər, sammitin nəticəsində isə hər iki lider qeyd etdi ki, irəliyə böyük addım atıldı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR