Dərc edildi: Baxış sayı: 919
Ağ Aşıq Allahverdi - Süsənbərə
Sərdar səni iflic vursun,
Ünüm yetməz Süsənbərə.
Qərib-qürbət diyardayam,
Ünüm yetməz Süsənbərə.
Ay dolandı, ilə gəldi,
Şeyda bülbül gülə gəldi,
Telli sazım dilə gəldi,
Ünüm yetməz Süsənbərə.
Ağır illər ötürmüşəm,
Ömrü başa yetirmişəm,
Məhərrəmi itirmişəm,
Ünüm yetməz Süsənbərə.
Qürbət eldə çıxdı canım,
Ağlar qaldı Ümmülbanum,
Bağlandı ömür dastanım,
Ünüm yetməz Süsənbərə.
Ağ Aşığa dərd yoldaşdı,
Qüssə-qəmim başdan aşdı.
Sinəm dağlı, gözüm yaşdı,
Ünüm yetməz Süsənbərə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət