Dərc edildi: Baxış sayı: 730
Ağ Aşıq Allahverdi - Sənin
Alçaqlı, ucalı dağlar,
Xub əsir yellərin sənin.
Bəlli deyil yayın, qışın,
Qar qucar bellərin sənin.
Yay olanda gülün qaynar,
Ağır ellər səndə yaylar.
Bir cüt yaşılbaş oynar,
Bulanır göllərin sənin.
Güllərin solğun olmasın,
Süsən-sünbülün solmasın.
Yad yerdən ovçu gəlməsin,
Bağlansın yolların sənin.
Allahverdi, budur yurdun,
Nə bir yerdə məskən qurdun.
Xub gözləyib, dürüst vurdun,
Qurusun qolların sənin...
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət