Dərc edildi: Baxış sayı: 756
Ağ Aşıq Allahverdi - Qırdım qol
Leyli-nahar yeddi ağac getdim yol,
Xırman boyda yer şumladım, qırdım qol.
Darı, arpasını əkdim bolhabol,
Biçdim əvəzində dəvə qanqalı.
Sürünməkdən dizlərimdə yox taqət,
Əllərimin içi oldu qabar-qat,
Dərviş babam da istər xiimsü-zəkat,
Yetdi harayıma şəyirdim Ah.
Əltərəz, rüzumuz oldu üç batman,
Çatınca növbətim sındı dəyirman,
Yerdə qalanımı apardı siçan,
Güldü Ağ Aşığa Göyçə mahalı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət