
Dərc edildi: Baxış sayı: 757
Ağ Aşıq Allahverdi - Qayıtdı
Bir maral baxışlı, tərlan cilvəli,
Gəlib məni gördü, güldü, qayıtdı.
Pünhanı göstərdi gül camalını,
Buxağına şəbnəm doldu, qayıtdı.
Mən görmüşəm gözəllərin çoxunu,
Belə olmaz ancaq boyu-buxunu,
Müşkanından çəkib xədəng oxunu,
Yaralı sinəmə çaldı, qayıtdı.
Gözləyərkən gözlərimə sataşdı,
Xəstə canım eşq oduna tutuşdu.
Şəhrayıdan qıya baxıb ötüşdü,
Ağ Aşığa nəzər saldı, qayıtdı.
загрузка...
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət