
Dərc edildi: Baxış sayı: 879
Ağ Aşıq Allahverdi - Məni
Cəsədim möhnətə, narə qalandı
Yandırıb döndərib küllərə məni.
Dərdim dərya kimi coşub bulanır
Qərq edir ümmana, sellərə məni.
Əyibdi işimi qəzavü qədər,
Dolandım dünyanı tamam sərasər,
Gedər bu dərdi-qəm mənlə bərabər
Axıdar çaylara, göllərə məni.
Ağ Aşıq həsrətdi biçarə yarə,
Görəsən olarmı dərdimə çarə?
Müddətdir düşmüşəm qürbət diyarə
Fələk saldı qərib ellərə məni.
загрузка...
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət