Slimfit
  1. ƏDƏBİYYAT

Ağ Aşıq Allahverdi - Keşişoğlu ilə deyişmə

Ağ Aşıq Allahverdi - Keşişoğlu ilə deyişmə
Sakura

Ağ Aşıq Allahverdi - Keşişoğlu ilə deyişmə

Keşişoğlu
Şəyird olan qulluq edər ustada,
Ol mənim yanımda lal, Allahverdi.
Bir məylisdə sözün yoxdu, danışma, 
Qalar ürəyində xal, Allahverdi.

Allahverdi
Əlbət şəyird olan baxar fərmana,
İndi alımını al, Keşişoğlu.
Tutar qulağından qoşar xırmana,
Sənsən ağzıbağlı mal, Keşişoğlu.

Keşiş oğlu
Qulluq et ustaya olmaynan naşı, 
Tökərəm gözündən al-qanlı yaşı,
Hər uşaq bu sözdən çıxarmaz başı, 
Kirimiş yerində qal, Allahverdi.

Allahverdi
Bir.qulaq as, sən də bu tək səbirə,
Sən tək tülkü neylər, mən tək bəbirə, 
Tutub canəzəndən qoyaram qəbrə, 
Döşərəm üstündən sal, Keşişoğlu.

Keşişoğlu
Keşişoğlu içib göysərdən bir cam, 
Təcnisi, təxmisi söyləyir tamam, 
Yetişsin dadıma sahib əl-zaman,
Ol mənim yanımda lal, Allahverdi.

Allahverdi
Allahverdi qorxmaz pələngdən, şirdən, 
Almışam dərsimi ustadi-pirdən,
Xaliq allah salmaz məni nəzərdən, 
Otur, sən yerində qal, Keşişoğlu.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR