Dərc edildi: Baxış sayı: 731
Ağ Aşıq Allahverdi - Gilli
Dərya kimi çalxalanıb daşırsan,
Salırsan Göyçəyə qalmaqal, Gilli.
Bəy-xan kimi çox həddini aşırsan.
Vermirsən yolçuya bir macal, Gilli.
Müddətdir vətəndən düşmüşəm uzaq.
Əl çəkmir yaxamdan pristav, kazak,
Öldürdün atamı, özüm qaldım sağ,
Canımda qalmayıb bir halda Gilli.
Allahverdi kimə desin bu dərdi,
Bəzirganam yüküm qəmdi-kədərdi,
Elin dərdi mənimkindən betərdi,
Salan yoxdur bir üstündən, sal Gilli.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət