Dərc edildi: Baxış sayı: 754
Ağ Aşıq Allahverdi - Deyə-deyə
Yığmadım dövləti, yığmadım malı,
Ümidlə gəlmişəm var deyə-deyə.
Sevməyən şöhrəti, sevməyən alı,
Tapmadım, qalmışam, nar deyə-deyə.
Göydə Günəş şöləsini saçıbdır,
Çəmənzarlar son ömrünə çatıbdır.
Qoça şahin dağ başında yatıbdır,
Od tutub alışam, qar deyə-deyə.
Kim keçdi candan, ərən kim oldu?
Becərən kim oldu, dərən kim oldu?
Ömrünü badlara verən kim oldu?
Kərəm tək alışam, yar deyə-deyə.
Qürbət diyarda ömür çıxdı başa,
Əlim çatmır istəkli yar-yoldaşa,
Cəhənnəm əzabıdı bu tamaşa,
Ağ Aşıq, qalmışam, zar deyə-deyə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət