Dərc edildi: Baxış sayı: 765
Ağ Aşıq Allahverdi - Dərdimi
Zəhmət ilən bağça saldım becərdim,
Müştaq oldu qəmxarına ha dərdim.
Bülbül tək gül üçün candan keçərdim,
Müştaq oldu qəmxarına ha dərdim.
Qızlgül becərdim ərşə boy atdı,
Ah-fəğanım el-obanı oyatdı,
Fələk məni bəxtiqara yaratdı,
Müştaq oldu qəmxarına ha dərdim.
Ağ Aşıq tutuldu gündə min dərdə,
Huş getdi, qalmadı ağılda, sərdə,
Ayrılıq üz verdi bu bəd səfərdə,
Müştaq oldu qəmxarına ha dərdim.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət