Dərc edildi: Baxış sayı: 722
Ağ Aşıq Allahverdi - Bilmirəm
Ay ağalar belə dərdə neyləyim?
Fələk çox veribdi çəkə bilmirəm.
Qoşdum qəm kotanı, daşa ilişdi,
Qalmışam naəlac əkə bilmirəm.
Qocalıq üz verdi, yatdı iqbalım,
Zəhrimara döndü ağzımda balım,
İmran dilli sazı hicrana çalım,
Tale üz döndərib bəlkə bilmirəm.
Ağ Aşığam gözdə qaldı muradım,
Bəynişan toylarda çəkilir adım,
Qırılıbdı qolum, sınıb qanadım,
Qalmayıb taqətim çəkə bilmirəm.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət