Slimfit
  1. ƏDƏBİYYAT

Ağ Aşıq Allahverdi - Bayatılar

Ağ Aşıq Allahverdi - Bayatılar
Sakura

Ağ Aşıq Allahverdi - Bayatılar

Qar tutub Şah dağını,
Don vurub növrağını.
Çəkilib tülək-tərlan,
Sar alıb ovlağını.

Buludlar qaraldı gəl,
Dağları qar aldı gəl.
Yolunu gözləməkdən,
Gözlərim saraldı, gəl.

Əzizim, Göyçəyə gəl,
Gülə gəl, çiçəyə gəl.
Ağ Aşıq tək vəfalı
Bir qəlbi göyçəyə gəl.

Ocağın daşı yandı,
Qazanın aşı yandı.
Sevgilim bir ah çəkdi,
Bağrımın başı yandı.

Əzizim, qara nədir?
Qaş üstə qara nədir?
Gönü göy, ət qırmızı,
Sümüyü qara nədir*? (qarpız)
  
Gün göydə batıb getdi,
Qaşını çatıb getdi.
Kasıblığım görəndə,
Yar məni atıb getdi.

Bu gələn Ağ Aşıqdır,
Yarına yaraşıqdır.
Sözü dərdlərə dərman,
Özü toya aşıqdır!

Əzizinəm Qazağa,
Yolum düşdü Qazağa.
El-obası şux-şuxdu,
Nur çilənsin Qazağa.

Mən aşığam, hal alam,
Nütfəsən mən halalam.
Qürbət eldə çürüdüm,
Bir kəs yoxdu hal alam.

Əzizim, yollara mən,
Yolçuyam yollara mən.
Ömür keçdi, gün keçdi,
Baxmaqdan yollara mən.

Əzizinəm, dara gəl,
Zülflərini dara gəl,
Başım sərdar əlində,
Tamaşamçün dara gəl.

Əzizim oyan yeri, 
Arazın o yan yeri. 
Yüz min loğman neyləsin, 
Qəm qüssə oyan yeri. 

Əzizinəm ələndi, 
Günüm-gündən ələndi, 
Vətən deyib qocaldım, 
Ömrüm-günüm ələndi. 

Əzizinəm dağlara, 
Oba köçdü dağlara. 
Sərdar, öyün dağılsın, 
Həsrət qaldım dağlara.

Eləmi sazım ağlar, 
Huy çəkib sazım ağlar. 
Oğlu ölmüş aşığam, 
Kərəm tək sazım ağlar. 

Aşığam, şana qaldı, 
Saçında şana qaldı. 
Busə aldım üzündən, 
O da nişana qaldı. 

Eləmi sona gözəl, 
Gəlməz oysana gözəl. 
Baxdım, ağlım apardın, 
Vuruldum sana, gözəl.

Əzizim Göyçəyə mən, 
Qurbanam, Göyçəyə mən. 
Viran qalsın Urumu, 
Həsrətim Göyçəyə mən.

Mən aşıq, gəldi keçdi,
Günlərim gəldi keçdi.
Yarın odlu baxışı
Sinəmi dəldi keçdi.

Eləmi, ulu dağlar,
Uluslu ulu dağlar.
Oğul səndə can verdi
Göz yaşım sulu, dağlar.

Eləmi, sazım ağlar,
Huy çəkib sazım ağlar.
Oğlu ölmüş aşığam,
Kərəm tək sazım ağlar.

Aşığam, şana qaldı,
Saçında şana qaldı.
Busa aldım üzündən,
O da nişana qaldı.

Mən aşıq, sənə sarı,
Dağların sinəsinə.
Gül olub taxılaydım,
Yarımın sinəsinə.

Eləmi, sona gözəl,
Gəlməz oysana gözəl.
Baxdım, ağlım apardın,
Vuruldum sana, gözəl.

Eləmi Göyçəyə mən,
Gözələ, göyçəyə mən.
Qürbətdə həsrət qaldım,
Vətənim Göyçəyə mən.

Əzizim, Şərilə mən,
Düşmüşəm şər ilə mən.
Sərdar, evin yıxılsın,
Həsrətəm Şərilə mən.

Əzizim, buda məni,
Xəncər al, buda məni.
El-obadan ayırıb
Saldılar oda məni.

Əziziyəm, qaralmaz,
Sevən könlü qar almaz.
Şəril elində qalan
Od-ocağım qaralmaz.

Əzizim, kamil ustada,
Qurban kamil ustada.
Ağ Aşıq tək ərkanı
Gözlə, kamil ustada.

Əzizinəm, daş idi, 
Nazbalışım daş idi. 
Qərib-qürbət diyarda 
Air mənə yoldaş idi.

Əzizinəm, dəryalar, 
Çalxalandı dəryalar,
Car oldu gözüm yaşı 
Silələndi dəryalar.

Əzizinəm qaraldı,
Dağlar başın qar aldı. 
Oğul öldü, dağ çəkdi 
Od-ocağım qaraldı.

Eləmi, oda gəldi, 
Pərvanə oda gəldi.
El köçdü, yurdda qaldım 
Başıma o da gəldi.

Gəl gəzək yenə dağı, 
Görməyək sinə dağı.
Dağ içində məşhurdur 
Tur ilə Mina dağı.

Bu gələn Ağ Aşıqdır, 
Süsənbər yaraşıqdır. 
Sözü dərdlərə dərman 
Ellərə yaraşıqdır.

Qar vurub Şah dağını, 
Don vurub növrağını
Çəkilib tülək-tərlan 
Sar alıb ovlağını.

Aşıq deyər nə qaldı,
Bu nə qayda, nə qaldı?
Mərd-iyiddən şan-şöhrət,
Bəs namərddən nə qaldı?

Əzizinəm qan damar,
İlan vurar qan damar.
Kasıblıq adın çəkmə 
Ürəyimə qan damar.

Zaman yaman gəliddir,
Zülüm salan gəlibdir.
Qılıncın insanlara 
Tərsə çalan gəlibdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR