Dərc edildi: Baxış sayı: 690
Ağ Aşıq Allahverdi - Baxtım
Çevirib yönümü haqq dərgahına,
Çağırıram bəlkə, gələydi baxdım.
Kecə günahımdan kərəm sahibi,
Mənim də üzümə güləydi baxdım.
Ürəyim istəyir halalı, pakı,
Şeytanı qəlbimdən qovaydım hakı,
Rəbbimə duadır dodağımdakı,
Qanlı göz yaşımı biləydi baxtım.
Könlünə nə dəyib, inciyib belə,
Bəlkə, uyubdu o, fitnəyə-felə?
Ağ Aşıq, göz yaşın dönübdü selə,
Nola, əhvalımı biləydi baxtım.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət