Slimfit
  1. DÜNYA

Afrikanın beş ölkəsi fil dişi ticarətinə icazə verilməsinə çağırır

Afrikanın beş ölkəsi fil dişi ticarətinə icazə verilməsinə çağırır
Sakura

Afrikanın beş ölkəsi fil dişi ticarətinə icazə verilməsinə çağırır

Ərazilərində iri fil populyasiyaları olan Afrikanın beş ölkəsi fil dişi ticarətinə icazə verilməsini istəyir.

"Ölkə.Az" bildirir ki, Botsvana, Zimbabve, Zambiya və Namibiya prezidentləri, həmçinin Anqolanın ətraf mühit üzrə naziri mayın 7-də baş tutan görüş zamanı fillərlə barədə ümumi siyasətin vacibliyini vurğulayıblar. Onların sözlərinə görə, fermerlər və ətraf ərazilərdə yaşayan fillər arasında münaqişə gərginləşir. Botsvana hökuməti bunu ölkədə fillərin sayının 1991-ci ildəki 55 mindən 160 minə çatması ilə əlaqələndirib.

Görüş iştirakçıları, həmçinin qitədə brakonyer fəaliyyətinin artdığını və əcəli ilə ölən heyvanlardan əldə edilən fil dişi ehtiyatlarının çoxaldığını bildiriblər. Botsvana Prezidenti Mokvetsi Masisi fil ovuna icazə verilməsini təklif edib. Beş Afrika ölkəsinin nümayəndələri, həmçinin fillərin populyasiyasının daha dəqiq monitorinqi üçün tədqiqatın vacibliyi qənaətinə gəliblər.

Fil dişi ticarəti nəsli kəsilmə təhlükəsi qarşısında qalan vəhşi flora və fauna növləri ilə beynəlxalq ticarət konvensiyası çərçivəsində qadağan edilib.

Agentliyin məlumatına əsasən, 2006-2016-cı illərdə brakonyer fəaliyyəti nəticəsində Afrikada fillərin populyasiyası 111 min baş azalıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR